Azerbaijani Diaspora (@DiasporaAz) header
Azerbaijani Diaspora (@DiasporaAz) profile picture

State Committee on Work with Diaspora of the Republic of Azerbaijan | Государственный Kомитет по Работе с Диаспорой Азербайджанской Республики

Azerbaijan, Baku
Joined October 2012
Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)Photo by Azerbaijani Diaspora (@DiasporaAz)
Polşada Ulu Öndər Heydər Əliyevin və Azərbaycan-Polşa qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya işgüzar səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarətdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, səfirliyin və komitənin əməkdaşları, Polşadakı Azərbaycan Evlərinin rəhbərləri, Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatorları və diaspor nümayəndələri iştirak ediblər. Mərasimdə Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində misilsiz xidmətləri vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin bərpası bu siyasətin mühüm tarixi nəticələrindəndir. Daha sonra Komitə sədri və səfir Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılan abidəni ziyarət ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də noyabrın 7-də Krakov şəhərində baş vermiş hadisədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca abidənin önünə gül dəstələri düzülüb, hər iki xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış qəhrəmanların xatirəsi dərin ehtiramla anılıb. Ziyarət zamanı Azərbaycan və Polşanın azadlığı uğrunda mübarizə aparan tarixi şəxsiyyətlərin həyat və mübarizə yoluna diqqət çəkilib, iki xalq arasında əsrlərə söykənən dostluq münasibətlərinin və ortaq tarixi dəyərlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu cür anım mərasimləri tarixi yaddaşın qorunması, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi, eləcə də Azərbaycan və Polşa xalqları arasında dostluq və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılan abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigara həsr edilib. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
51
Soydaşlarımız Krakovda Zəfər Günün sevincini bölüşüblər Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində 8 Noyabr – Zəfər Günü münasibətilə Krakov və ətraf bölgələrdə yaşayan soydaşlarımızla görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Krakov Azərbaycan Evinin rəhbəri, “Xarıbülbül” Dünya Azərbaycanlıları Assosiasiyasının sədri, Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının Krakov üzrə əlaqələndiricisi Sedat Şamilli iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. Bu Qələbənin milli ruhun, sarsılmaz iradənin və ümumxalq həmrəyliyinin təcəssümü olduğunu bildirib. O, Azərbaycan Evinin fəaliyyəti, Polşada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi irsimizin yaşadılması və ölkəmizin həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin birinci katibi Kənan Rzayev çıxışında 8 Noyabrın tarixi-siyasi əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə 30 ilə yaxın davam edən işğala son qoyub, ölkəmizin ərazi bütövlüyünün bərpası təmin edilib. Həmçinin xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tarixi, mədəniyyəti və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını dilə gətirib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu Qələbənin bütün dünya azərbaycanlılarında sonsuz iftixar hissi doğurduğunu ifadə edib. Daha sonra Komitənin əsas fəaliyyət istiqamətləri, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatlarının institusional inkişafının dəstəklənməsi və soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə müfəssəl məlumat verib. Polşada Azərbaycan diasporunun fəaliyyətinin daha da genişləndirilməsi və gələcək fəaliyyətin inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini çatdırıb. Xüsusilə gənc nəslin diaspor fəaliyyətinə cəlb edilməsinin, onların Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlılığının qorunmasının vacibliyini vurğulayıb. Tədbirin bədii hissəsi Azərbaycan milli musiqisinin nümunələri ilə davam edib. Respublika və beynəlxalq müsabiqələrin laureatları, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının solistləri, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri – “Vətən” muğam qrupunun üzvləri xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbəliyev və kamança ifaçısı Pərviz Fərhadovun ifaları böyük maraq və alqışlarla qarşılanıb. Səmimi ünsiyyət şəraitində davam edən görüşdə soydaşlarımız Zəfər Gününün sevincini bölüşüb, xaricdə yaşayan azərbaycanlıların birliyinin qorunmasının, milli dəyərlərimizin yaşadılmasının və Vətənlə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
1
45
Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Belqradda 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsmi qəbul keçirilib. Tədbirdə Serbiyanın dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, elm və incəsənət xadimləri, diplomatik korpusun təmsilçiləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, AzVirt şirkətinin əməkdaşları, eləcə də Serbiyada yaşayan, çalışan və təhsil alan soydaşlarımız iştirak ediblər. Ümumilikdə tədbirə 150-yə yaxın qonaq qatılıb. Tədbirin əvvəlində Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir Tahir Tağızadə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında milli birliyin, güclü dövlətçiliyin və Silahlı Qüvvələrimizin mühüm rolunu vurğulayıb. O, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin tarixi qələbənin qazanılmasında həlledici amillərdən biri olduğunu qeyd edib. Azərbaycanın Serbiyadakı hərbi attaşesi, polkovnik-leytenant Elməddin Həsənov Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi imkanlarından, döyüş əməliyyatlarında müasir texnologiyaların tətbiqindən və Şuşanın azad olunması əməliyyatının xüsusiyyətlərindən bəhs edib. Daha sonra Azərbaycan xalqının qəhrəmanlığını və birliyini, işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarxın nümayişi qürurla izlənilib. Tədbir qonaqların şərəfinə təşkil edilən ziyafətlə başa çatıb. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
1
2
66
Zəfər Gününün sevinci Münhendə soydaşlarımızı və dağ yəhudilərini bir araya gətirib Almaniyanın Münhen şəhərində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib. Mərasim Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə şəhərdə fəaliyyət göstərən dağ yəhudiləri icmasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyein qətiyyətli rəhbərliyi ilə qazanılan şanlı Zəfərin dünya azərbaycanlıları, eləcə də Azərbaycanla mənəvi bağları olan bütün insanlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Münhendə yaşayan müxtəlif icmaların, o cümlədən dağ yəhudilərinin bu əlamətdar gündə bir araya gəlməsi ölkəmizdə formalaşan multikultural dəyərlərin, xalqlar və icmalar arasında dostluq və həmrəyliyin beynəlxalq müstəvidə də yaşadılmasının bariz nümunəsi kimi dəyərləndirilib. Daha sonra rejissor Rüfət Əsədovun sənədli filmləri nümayiş olunub. Ekran əsərlərində Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, xalqımızın mübarizə əzmi, eləcə də bu qələbənin arxasında dayanan milli-mənəvi dəyərlər əksini tapıb. Filmlər böyük maraqla və alqışlarla qarşılanıb. Münhendə təşkil olunan bu tədbir bir daha nümayiş etdirib ki, soydaşlarımızla yanaşı, dost xalqların nümayəndələri də ölkəmizin tarixi Zəfərinin sevincini bölüşür, xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin möhkəmlənməsinə töhfə verirlər. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
21
Dünyaca məşhur “Carnegie Hall”da şanlı Zəfərin sevinci yaşanıb ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall» konsert zalında Azərbaycanın Zəfər Gününə həsr olunan 10-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib. Qala-konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Konsert zamanı müsabiqə nəticəsində seçilmiş 50-dən çox gənc istedad orkestrin müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən seçilmiş nümunələri ifa edib. Səsləndirilən musiqilər böyük maraqla qarşılanıb və dinləyicilərə unudulmaz musiqi anları bəxş edib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayan bu layihənin təşkilatçılarına təşəkkürünü bildirib. Qala-konsertin Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini vurğulayaraq, bu əlamətdar günlərin milli qürur və dövlətçilik tariximizdə xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Zəfər milli iradəmizin təntənəsi və haqq mübarizəmizin ən uca zirvəsidir. Bruklin dairəsinin prezidenti Antonio Reynoso “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin 10 illik yubileyinə həsr olunan qala-konsertin əhəmiyyətini yüksək qiymətləndirib. O, müsabiqənin bu günədək Bruklinin mədəni həyatına verdiyi töhfələri və gələcəkdə də bu istiqamətdə həyata keçirəcəyi fəaliyyətləri təqdir edərək, təşkilatçıları rəsmi təqdirnamə ilə təltif edib. Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradov, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
3
146
Şanlı Zəfərimizin qüruru Londonun tarixi səhnəsində yaşadılıb Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfərin əks-sədası” adlı konsert proqramı keçirilib. Dünyanın nüfuzlu musiqi təhsil müəssisələrindən biri olan tarixi Kral Musiqi Kollecinin “Amaryllis Fleming” konsert zalında keçirilən konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyətinin və cəmiyyətin nəzdində Komitənin dəstəyi ilə onlayn fəaliyyət göstərən Qarabağ məktəbinin rəhbəri Fəridə Pənahovanın, eləcə də diaspor fəalı Aqşin Kərimovun birgə təşkilatçılığı ilə baş tutub. Konsertdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan soydaşlarımız iştirak ediblər. Səfir Elin Süleymanov çıxışında iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib. Şanlı Zəfərin qazanılmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, uzaqgörən siyasətinin və strateji baxışının mühüm rol oynadığını vurğulayıb, Zəfərin böyük fədakarlıqlar bahasına əldə edildiyini diqqətə çatdırıb. Konsert proqramında Böyük Britaniyadakı Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Qarabağ məktəbinin musiqi müəllimi Səadət Fərziyevanın rəhbərliyi ilə məktəbin və “Acapella” akademiyasının tələbələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü və Diaspor Gənclərinin V Yay düşərgəsinin iştirakçısı, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev, Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov Azərbaycan və dünya musiqisinin seçmə nümunələrini ifa ediblər. “Can Qarabağ”, “Yaşa Azərbaycan” və “Ey əziz Anam, Azərbaycan” kimi vətənpərvərlik ruhlu musiqi əsərlərinin səsləndirildiyi konsert proqramı iştirakçılara Zəfər sevincini və milli qürur hissini bir daha yaşadıb. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
4
9
343
Nyu Yorkda Zəfər Günü münasibətilə Azərbaycan Bayrağı ucaldılıb ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin dəstəyi, Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutub. Üçrəngli bayrağımız şəhərin ən çox ziyarət edilən məkanlarından biri, eyni zamanda maliyyə mərkəzi kimi tanınan Uoll-Strit küçəsində yerləşən Boulinq-Qrin parkındakı nəhəng bayraq dirəyinə qaldırılıb. Mərasimdə Nyu Yorkdan və ətraf ştatlardan olan Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları və çoxsaylı soydaşlarımız iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxışında xalqımızın tarixən üzləşdiyi ağır sınaqlardan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində, şəhidlərimizin canı və qanı bahasına qazanılan tarixi Zəfərdən danışıb. Diplomat bildirib ki, bu məkanda Azərbaycan Bayrağının ucaldılması 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin, xalqımızın sarsılmaz birliyinin və milli qürurunun dünyanın ən böyük şəhərlərindən birində nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev dünya azərbaycanlılarının həmrəyliyindən, Vətən müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının gördüyü işlərdən bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən soydaşlarımızın həmrəyliyinin xalqımızın ən böyük güc mənbələrindən biri olduğunu vurğulayıb. Çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız Nyu York səmasında ucaldılıb. Dövlət bayrağımız ABŞ bayrağı ilə yanaşı dalğalanmağa başlayıb. Mərasim yerli sakinlərin və turistlərin də marağına səbəb olub. Onlar Azərbaycan Bayrağı fonunda xatirə şəkilləri çəkdirib, tədbir iştirakçıları isə ölkəmiz haqqında məlumatları onlarla bölüşüblər. Qeyd edək ki, Nyu Yorkun ilk rəsmi parkı olan və iriölçülü bayraqların nümayişi ilə tanınan Boulinq-Qrin parkında Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün ərzində dalğalanacaq. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
3
108
Laosda yaşayan soydaşlarımız 8 Noyabr – Zəfər Gününü qeyd edib Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyanda yaşayan soydaşlarımız 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəliblər. Saylarının az olmasına baxmayaraq, soydaşlarımız Azərbaycanın şanlı Zəfərini milli birlik və həmrəylik ruhunda birlikdə qeyd ediblər. Uşaqların milli geyimlərdə iştirakı görüşə xüsusi rəng qatıb. Onlar milli geyimlərdə mədəniyyətimizi, milli dəyərlərimizi və adət-ənənələrimizi nümayiş etdiriblər. Görüşdə Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, eyni zamanda milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Soydaşlarımızın bu təşəbbüsü Vətənə bağlılığın, milli kimliyin qorunmasının və Azərbaycanın tarixi Zəfərinə olan qürur hissinin uzaq ölkələrdə də yaşadılmasının bariz nümunəsidir. Bu cür görüşlər xaricdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsinə, milli dəyərlərin yaşadılmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq mühitdə tanıdılmasına xidmət edir. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
4
101
Nottinqem Universitetində Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib Böyük Britaniyanın Nottinqem Universitetində 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi tədbirdə iştirakçılara Zəfər Gününün Azərbaycanın müasir tarixində tutduğu mühüm yer, eləcə də Dövlət Bayrağı Gününün yaranma tarixi barədə məlumat verilib. Cəmiyyətin vitse-prezidenti Nihad Qiyaslı Zəfər Gününün və Dövlət Bayrağı Gününün Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. O bu əlamətdar günlərin milli kimliyin, dövlətçilik ənənələrinin və xalq birliyinin təcəssümü kimi xüsusi önəm daşıdığını vurğulayıb. Bildirilib ki, bu əlamətdar tarixlər müstəqil Azərbaycanın gücünü, xalqımızın həmrəyliyini və vətənpərvərlik ruhunu ifadə edir. Tədbir iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın tarixi Zəfəri və Dövlət rəmzlərinin əhəmiyyəti ilə bağlı suallar cavablandırılıb. Bu kimi tədbirlər xaricdə təhsil alan azərbaycanlı gənclər arasında milli-mənəvi dəyərlərin yaşadılması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin zəngin mədəni irsinin tələbələr arasında tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
4
138
Zəfər Günü Londonda təntənə ilə qeyd edilib Londonda 8 Noyabr – Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, Böyük Britaniya parlamentinin üzvü Nesil Çalışkan, Barnet rayonunun meri Zahra Beg, Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev, diaspor nümayəndələri, eləcə də Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının və Böyük Britaniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu bildirib, 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin siyasi əhəmiyyətindən danışıb. O, xaricdə yaşayan azərbaycanlıların milli dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin xaricdə təmsil olunmasında mühüm rol oynadığını vurğulayıb. Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş da çıxışında Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Böyük Britaniya parlamentinin üzvü Nesil Çalışkan və Barnet rayonunun meri Zahra Beg Azərbaycan diasporunun ölkənin ictimai və mədəni həyatındakı roluna diqqət çəkib, bu cür tədbirlərin müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev isə Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və birlik günü olduğunu bildirib. Qeyd edib ki, əldə olunan böyük qələbənin arxasında Azərbaycan xalqının birliyi, rəşadətli Ordumuzun şücaəti və şəhid ailələrinin fədakarlığı dayanır. Bayram tədbiri bədii hissə ilə davam edib. Britaniyada yaşayan sənətçilər Emiliya Yaqubova, Fərhad Amiri və Gülşən Akın, eləcə də “Urmiya” ansamblı çıxış edərək Azərbaycan xalq və bəstəkar mahnılarını, müxtəlif musiqi əsərlərini ifa ediblər. Xoreoqraf Səkinə Muxtarlının nümayiş etdirdiyi milli rəqslər və təqdim olunan konsert proqramı böyük maraqla qarşılanıb. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
1
5
149
Haaqada Zəfər Gününə həsr olunan musiqili tədbir keçirilib Niderlandın Haaqa şəhərində yerləşən Paleiskerk kilsəsində 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan musiqili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə Niderlandın dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, siyasi, ictimai, mədəniyyət və akademik dairələrin təmsilçiləri, eləcə də media və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Azərbaycanın Niderlanddakı səfiri Anar Əcəmov çıxışında Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününün eyni ərəfədə qeyd olunmasının dövlətçilik ənənələrimizin möhkəmliyini, milli birlik və həmrəyliyimizi əks etdirdiyini bildirib. O, şanlı Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunduğunu vurğulayıb. Milli-mədəni irsimizin dünyada tanıdılmasında belə tədbirlərin mühüm rol oynadığını qeyd edib. Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının müəllimləri - Əməkdar artist Toğrul Əsədullayev (kamança) və Rüstəm Müslümov (tar), Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artisti Nərgiz Əliyeva, eləcə də Cahangir Cahangirov adına Xorun solisti Rəvan Qacayev musiqi nömrələri ilə çıxış ediblər. “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Mənim Azərbaycanım”, “Tellərini yan dara, qız”, “Qarabağ”, “Vətən yaxşıdır” və “Yaşa, Azərbaycan!” kimi sevilən xalq mahnıları, muğam nümunələri və bəstəkar əsərləri dinləyicilərə zövqlü musiqi anları bəxş edib. Konsert proqramı iştirakçılara Azərbaycan musiqisinin zənginliyini, özünəməxsus ruhunu və milli-mədəni irsini yaxından tanımaq imkanı yaradıb və böyük maraqla qarşılanıb. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
3
6
150
Qarsda 8 Noyabr – Zəfər Gününə həsr olunan voleybol turniri keçirilib Türkiyənin Qars şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə voleybol üzrə “Zəfər” turniri təşkil olunub. Noyabrın 4-dən 6-dək keçirilən turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Qars Bələdiyyəsi və Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Yarışda Qars Qafqaz Universitetinin müxtəlif fakültələrini təmsil edən 8 komanda mübarizə aparıb. Turnirin yekun nəticələrinə əsasən, İdman Elmləri fakültəsinin komandası birinci, Baytarlıq fakültəsinin komandası ikinci, İqtisadiyyat fakültəsinin komandası isə üçüncü yeri tutub. Noyabrın 6-da keçirilən final və üçüncü yer uğrunda qarşılaşmalardan sonra qalib və mükafatçılara kuboklar və sertifikatlar təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycanın Qarsdakı Baş konsulu Qoşqar Zeynalov, diplomatik missiyanın əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak edib. Turnirin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, gənclər arasında idmanın təşviqi və tələbələrin birgə fəaliyyətinin dəstəklənməsi olub. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
3
3
96
Tuluzda “Zəfərə doğru, xatirədən sabaha” adlı tədbir keçirilib Fransanın Tuluz şəhərində yerləşən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Zəfərə doğru, xatirədən sabaha” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, Fransada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şəbəkəsi (AYNF) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşəbbüsü ilə baş tutub. Görüşün təşkilinə Azərbaycan Respublikasının Gənclər Fondu da maliyyə dəstəyi göstərib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Evinin vitse-prezidenti Rza Mövsümov iştirakçıları salamlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb. Xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi irsimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib. Tədbirin fəxri qonaqları qismində Azərbaycan Respublikasının Parisdəki Mədəniyyət Mərkəzinin rəhbəri İsa Məmmədov və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşı Hüseyn Səfərov iştirak edib. İsa Məmmədov Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutduğunu bildirib, bu əlamətdar günün hər zaman qəlblərdə yaşayacağını söyləyib. Ardınca Fransa Azərbaycanlı Gənclər Şəbəkəsinin rəhbəri Səidə Namazova, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Bordo şəhəri üzrə nümayəndəsi Arzu Eyyubova və Tuluz şəhəri üzrə nümayəndəsi Nərgiz Şeyxzadə çıxış ediblər. Onlar təmsil etdikləri təşkilatların fəaliyyəti, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gətirilməsi, onların arasında əlaqələrin və şəbəkələşmə imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də gələcək birgə layihələrin perspektivləri barədə fikirlər səsləndiriblər. Proqramın davamında 44 günlük Vətən müharibəsinin əsas mərhələlərini, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini və Zəfər Gününün təsis olunmasını əks etdirən təqdimat nümayiş etdirilib. “Ortaq yaddaşımız – Azərbaycan filmi və musiqisi” adlı bədii-mədəni hissədə Azərbaycan kinosunun və musiqisinin seçilmiş nümunələri təqdim olunub. Tədbir Azərbaycanın tarixinə, mədəniyyətinə və Zəfər Gününə həsr olunan intellektual oyunlar və əyləncəli fəaliyyətlərlə davam edib. Oyunlarda fəallığı ilə seçilən iştirakçılar xüsusi hədiyyələrlə mükafatlandırılıblar. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
2
4
118
Azərbaycanın şanlı Zəfəri Kolumbiyada geniş təbliğ olunub Kolumbiyanın paytaxtı Boqotada 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırma və təbliğat aksiyaları keçirilib. Aksiyalar “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyalar zamanı şəhərin insanların sıx olduğu küçə və ictimai məkanları ilə yanaşı, Kolumbiya Konqresinin binası qarşısında, Böyük Meydanda, eləcə də bir sıra ali təhsil müəssisələrinin ərazilərində maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif məkanlarda Zəfər Gününə həsr olunan bannerlər nümayiş etdirilib, ispan dilində hazırlanan məlumat materialları şəhər sakinlərinə və ictimaiyyət nümayəndələrinə paylanılıb. Bundan əlavə, Kolumbiya ictimaiyyətinə Zəfər Gününün müasir Azərbaycan tarixindəki yeri və tarixi əhəmiyyəti, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Şuşa şəhərinin işğaldan azad edilməsi barədə geniş məlumat verilib. Tarixi Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın birliyinin və həmrəyliyinin mühüm rolu diqqətə çatdırılıb. Aksiyalarda, həmçinin Azərbaycanın tarixi qələbəsinin regionda yaratdığı yeni reallıqlardan, uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün açdığı imkanlardan bəhs edilib. Zəfər Gününün həm də regionda təhlükəsizlik, davamlı sülh və gələcək inkişaf perspektivlərini özündə ehtiva edən mühüm tarixi mərhələ olduğu vurğulanıb. Təbliğat aksiyaları Azərbaycanın zəngin tarixi, milli dəyərləri və müasir dövlətçilik salnaməsinin Kolumbiyada tanıdılmasına, Zəfər Günü ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasına və ölkəmiz haqqında beynəlxalq məlumatlılığın artırılmasına böyük töhfə verib. #AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay
2
5
13
373
Budapeştdə Zəfər tariximizin unudulmaz anları qürurla xatırlanıb Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Macarıstan Azərbaycan Evinin dəstəyi, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə Budapeştdə akkreditə olunmuş xarici ölkələrin səfirləri, Macarıstanın müxtəlif təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun üzvləri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs edib. O, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin müharibənin gedişində həlledici dönüş nöqtəsi olduğunu və Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrildiyini vurğulayıb. Tədbirdə, həmçinin işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verilib. Bundan əlavə, Azərbaycanın Zəfər yolunu əks etdirən videoçarxın nümayişi, tarixi qələbəmizi, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərini əks etdirən fotosərgi iştirakçıların böyük marağına səbəb olub. Tədbirin bədii hissəsində tarzən Bəxtiyar Məmmədov və pianoçu İnci Məmmədovanın ifasında musiqi proqramı təqdim olunub. Tarın ecazkar sədalarının pianonun müşayiəti ilə vəhdəti qonaqlarda xoş təəssürat yaradıb. #AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay
1
5
12
318
Vyanada Zəfər Gününə və Faiq Sücəddinovun yaradıcılığına həsr olunan tədbir Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir və Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, şanlı Zəfər Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və tarixi ədalətin bərpasının simvoludur. O, Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, çoxşaxəli yaradıcılığından və sənət yolundan söz açıb. Bəstəkarın əsərlərinin milli musiqi xəzinəmizdə xüsusi yer tutduğunu bildirib, tədbirin təşkilinə göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını ifadə edib. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Avstriyada yaşayan soydaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaiətindən danışıb, bu tarixi günün xalqımız üçün xüsusi əhəmiyyətindən bəhs edib. Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni irsimizə bağlılığının qorunmasında, diaspor icmaları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində bu kimi mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb. Gecənin davamında Xalq artisti Faiq Sücəddinov sənət yolunun maraqlı məqamlarını, həyat və yaradıcılığı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Sevilən əsərlərinin yaranma tarixçəsindən danışan bəstəkar bir neçə musiqi nümunəsini özü ifa edib. Onun canlı ifası və səmimi söhbəti iştirakçılara bəstəkarın yaradıcılığını daha yaxından tanımaq, tanış melodiləri fərqli ovqatda dinləmək imkanı yaradıb. Zəfər Gününə həsr olunan bədii proqramda isə bəstəkarın əsərləri xüsusi yer tutub. Solist Fatimə Cəfərzadə Faiq Sücəddinovun bir sıra musiqi nümunələrini Aqşin Tariyeloğlunun tarda, Əhəd Nəbiyevin isə nağarada müşayiəti ilə ifa edib. Bəstəkarın da ifaçılara qoşulması musiqi proqramına xüsusi ahəng və yaddaqalan anlar bəxş edib. Zəfər Gününün yaratdığı qürur və milli musiqimizin doğurduğu xoş duyğuların vəhdətində keçən gecə iştirakçılara unudulmaz anlar yaşadıb. Tədbirdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
1
2
9
157
Ərzurumda 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert keçirilib Türkiyənin Ərzurum vilayətində yerləşən Atatürk Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı keçirilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Ərzurum Azərbaycanlılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ərzurumun rəsmi şəxsləri, Atatürk Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək 8 Noyabrın Azərbaycan tarixinin ən şanlı günlərindən biri olduğunu bildirib. O, Qarabağ Zəfərinin yalnız hərbi qələbə deyil, eyni zamanda milli iradənin, vətənpərvərliyin və ədalət uğrunda mübarizənin təntənəsi olduğunu vurğulayıb. Federasiya sədrinin müşaviri bu tarixi qələbə münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və qazilərini təbrik edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiram, minnətdarlıq və rəhmətlə anıb. Ərzurum Azərbaycanlılar Birliyinin sədri Gülsevər Ənvərova çıxışında Zəfər Gününün tarixi və milli əhəmiyyətindən danışaraq bu əlamətdar günün Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və qürurunun təcəssümü olduğunu qeyd edib. Ərzurum Böyükşəhər Bələdiyyəsinin baş katibi Zafer Aynalı Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Rəsmi çıxışlardan sonra konsert proqramı Azərbaycandan dəvət olunan Habil Məmmədov və şagirdlərinin ifasında Azərbaycan və türk musiqilərinin təqdimatı ilə davam edib. Zəfər Gününə həsr olunan tədbir Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verib. #AzDiaspora #DiasporKomitəsi #Azərbaycan #8Noyabr #ZəfərGünü #Azerbaijan #8November #VictoryDay
1
1
14
370
Tanınmış jurnalist, görkəmli ictimai xadim Mixail Qusman Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib #AzDiaspora #DiasporKomitəsi #Azerbaijan #8November #VictoryDay
5
16
395