
Günəşi görməyinizə manee olan bütün binaları partladın.. ENFP. #Azerbaijan
Badu Kube
Joined July 2017
- Tweets9.6K
- Following192
- Followers3.8K
- Likes30.6K
Beynimdə dünyalar qurub onlara hekayələr yazmaq həyatım boyu ən sevdiyim şey olub. İndi isə sanki o qapı üzümə bağlanıb, əvvəl bunu necə edirdim heç xatırlamıram. Bir ildən çoxdur ki, içimdəki o səs susub, yaza bilmirəm, axırda dəli olacağam.
6
142
Hara çıxım hansı yola çıxım ki,
O gələn deyil birdə bu dünyaya.
Hansı yola hansı yönə baxım ki,
Onlu günlerim dönüb röyaya.
Onun yaş almadığı bir dünyada yaşlanmaq mənə o qədər ağır gəlir ki. Kaş bu gün məni təbrik edən insanlar bir bilsəydilər ki, bu gün mənim üçün nə qədər ağrılıdır.
6
247
Nurlanın bu gün baxçada zəfər bayramı tədbirləri var idi. Əsgər forması geyinib deyə ana ürəyim yaman kövrəldi.
Şizofren olmağı o qədər çox istəyərdim ki. Şizofren olum və baxdığım hər yerdə səni görüm, beynimin içində sadəcə sənin səsini eşidim.
5
107
İnsanlar nə üçün acı çəkən birinə başqa birinin acısını nümunə göstərirlər ? Başqasının daha böyük acı çəkməsi mənim acımı kiçiltmir axı.
7
246
Deyirlər ölənin arxasınca insanın ürəyində 40 gün hər gün bir şam sönər. Mən onun gedişindən sonra hər gün bir şam yandırdım.
9
176
Maşında oturub gözləyirəm. Onu gözlədiyim günlər üçün darıxdım. Sonra ağlıma gəldi ki, bəlkədə nə vaxtsa indi gözlədiklərimi gözlədiyim bu gün üçün darıxacağam.
5
138
Deyəsən zamanla Sumqayıt travmamı aşıram. Hətta bir anlıq Sumqayıtda yaşamaq Bakıda yaşamaqdan çox daha cəzbedici gəldi mənə.
7
339
Tanıdığım bir qız var idi, birinci sinifdən çıxmışdı. Səbəbi isə məktəbin hicaba icazə verməməsi, atasının isə hicabı seçərək qızı oxutmaması idi. Məktəblərdə hicab qadağan olunanda o uşağın hicabını açmayacaqlar onun təhsil haqqını əlindən alacaqlar. Olan yenə o qızlara olacaq.
Replying to @elmin_hs
Asan mövqe deyəndə ki, həmişə başı bağlı uşaq görəndə qıcıqlanmışam. O valideynə normal adam kimi baxa bilməmişəm. Ona görə də asan mövqe bildirə bilirəm.




